Lerik rayonunda avtomobil dərəyə aşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ucqar dağ kəndi olan Kirəvud ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Yaralıya Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.