Xəzər dənizində bir nəfər batıb.

Unikal.org xəbər veirr ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.