Xaçmaz rayonu ərazisində bədbəxt hadisə qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıəhmədoba kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Osmanov Osman Hacıbala oğlu yaşadığı evin həyətində hasardan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.