İyulun 7-i, axşam saatlarından Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq və sıx kolluq olan geniş və keçilməz (bataqlıq) ərazidə baş vermiş yanğının söndürülməsi bu gün də davam etdirilib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "BE 200 ÇS amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Əlavə məlumat veriləcək.