Goranboyda iki avtomobil toqquşub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan "VAZ 2107 və "VAZ 21011 markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. "VAZ 21011-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.