Saatlı rayonunda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb.

Unikal.org-un məlumatına görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: "Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.