Bir qrup azərbaycanlı gənc Ağ evin qarşısında nağara və zurna ilə şou göstəriblər.

Unikal.org xəbər verir ki, milli musiqi ilə turistləri ətrafına yığan gənclərin möhtəşəm çıxışı ətrafdakıların böyük marağına səbəb olub.

Əldə etdiyimiz məlumata görə, bu flaşmob "Cümhuriyyətin 100 illiyi" münasibəti ilə təşkil edilib.Gənclər nağara və zurnada Azərbaycan milli musiqilərini səsləndiriblər. Turistlərdən həmin kadrları lentə alanlar da olub.

Həmin görüntüləri təqdim edirik: