"Bu nəinki problemin həllinə imkan verməyəcək, əksinə həm siyasi, həm də hərbi vəziyyəti bir az da gərginləşdirəcək"

 
 
Bu fikirləri Unikal.org-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib.
 
 
 
Millət vəkilinin fikrincə,  bundan sonrakı proseslər Rusiyanın istədiyi kimi cərəyan etməyəcəksə münaqişənin həllində tormozlanma gedəcək:
"Mənə görə bu görüş müharibənin növbəti mərhələsi üçün bir vəsilə olacaq. Bu nəinki problemin həllinə imkan verməyəcək, əksinə həm siyasi, həm də hərbi vəziyyəti bir az da gərginləşdirəcək . Bundan sonrakı proseslər Rusiyanın istəyi kimi cərəyan etməyəcəksə münaqişənin həllində tormozlanma gedəcək. Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Ermənistan və Aazərbaycan prezidentlərinin birgə növbəti daha önəmli, həlledici görüşləri keçiriləcək". 

 
 
 
Z.Oruc qeyd edib ki, bu dəfəki görüş əvvəlki görüşlərdən bir az fərli olacaq: "Əvvəl Azərbaycan belə görüşlərə bir dövlət dördünə qarşı prinsipi ilə gedirdi. Yəni üç həmsədr dövlətlər, bir də Ermənistan. İndi qüvvələr nisbəti müəyyən qədər dəyişib. Rusiya Ermənistan arasındakı ixtilaf fonunda bu günki görüşlərdə hansısa həll planı deyil, tərəflərin münqaşəni silahlı vasitə ilə çözməməsinə dair hansısa bir öhdəliklər bəyanatına imza atılmasını istəyəcəklər. Xüsusilə Azərbaycan tərəfə bu mövqeni qəbul etdirmək üçün addımlar atılacaq. Yəqin ki, Sarkisyan da öz ölkəsinə qəhrəman kimi dönmək və aprel döyüşlərinin nəticəsində tamamilə laxlamış hakimiyət stulunu altında saxlamaq üçün yalnız bəyanat verəcək. Guya Azərbaycan tərəfini nədəsə ittiham elədi və.s.".

Həsən Babayev