Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Nəcməddin Savalanovun illər əvvəl çəkilmiş videogörüntüləri yayılıb.
Unikal.org azvision.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda şəhid kapitanın toy məclisində meyxana dediyi əks olunub.
Toy məclisində hərbçilər də iştirak edir. Həmçinin onlarında arasında şəhid polkovnik-leytenant Raquf Orucovda var.
Qeyd edək ki, "İgidliyə görə" medalı ilə təltif edilən şəhid zabitimiz doğulduğu İmişli rayonunun Göbəktala kəndində dəfn olunub.