Forbes jurnalı ən çox qazanan futbol klublarının siyahısını açıqlayıb. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Jurnalın araşdırmasına görə 3.64 milyard dollar gəlirə sahib Real Madrid ard-arda 4-cü dəfədir ki, siyahıda ilk yeri tutur. İkinci yerdə 3.54 milyard dollar gəlirə sahib olan digər La Liqa təmsilçisi  Barselona qərarlaşıb. İlk üçlüyü 3.31 milyard dollar qazanca  sahib olan Mançester Yunayted tamamlayıb. 
Qeyd olunan bu üç komanda illik gəlirlərinə görə də eyni sıralarda qərarlaşıb və  uyğun olaraq 694 milyon dollar, 675 milyon dollar və 625 milyon dollarlıq illik gəlirlə  zirvədəki yerlərini möhkəmləndiriblər.
Qeyd edək ki, siyahıda bir ildə maddi cəhətdən ən çox yüksələn  klub  Vest Xem Yunayted olub. Klub  son bir ildə  maddi cəhətdən 76 faiz böyüyərərk gəlirlərini 542 milyon dollara  çatdırıb