22 Avqust 2019
Ən çox İlham Əliyev səs topladı - MSK
Ən çox İlham Əliyev səs topladı - MSK Prezident Seçkiləri 01:13 2018-04-12

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

Unikal.org-un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən 5 min 201 MSK-ya hesabat verib, sayılan bülletenlərin sayı 3 milyon 723 min 278-dir.

O, bildirib ki, sayılan bülletenlərə əsasən prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86% səslə birincidir.

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,4%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc -3,11 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,02%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,39%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,51%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,18%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,75 % səs toplayıb.