Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığının aktiv və passiv olduğu seçki dairələrinin adları məlum olub.

Unikal.org-un xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51 min 117 seçicidən 40 min 588-i (79.40%) səsvermədə iştirak edib. Passiv seçki dairəsi isə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37 min 205 seçicidən 19 min 224-ü (51.67%) səsvermədə iştirak edib.

Xatırladaq ki, bu gün saat 17:00 olan məlumata əsasən, 5 milyon 314 min 365 seçicidən 3 716 135 nəfəri (69,93%) səsvermədə iştirak edib.