Azərbaycanın ən yaşlı seçicilərindən biri səs verib.

Unikal.org xəbər verir ki, Kəlbəcər rayonunundan məcburi köçkün hal-hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşmış 106 yaşlı Gülabıyeva Zeynəb Cəlal qızı səsvermədə iştirak edib. O, səsverməyə ailə üzvləri ilə birgə gəlib. O 123 saylı Kəlbəcər seçki dairəsinin 22 saylı seçki məntəqəsinə gedərək öz səsvermə hüququndan istifadə edib.