Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov davam edən səsvermə prosesi ilə bağlı danışıb. 

Unikal.org-un xəbərinə görə, o bu saata qədər seçki prosesi ilə bağlı qanun pozuntusu qeydə alınmadığını deyib:

"Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir".