2018-ci ildə keçiriləcək Prezident Seçkilərinin son təşviqat görüşünü YAP Balakən rayon Seçki Qərargahının üzvləri, Milli Məclisin üzvü Nəsib Məhəməliyev, rayonun Qullar kəndində seçicilərlə görüş keçirdilər. Görüşü Yeni Azərbaycan Partiyası Balakən rayon Seçki Qərərgahının sədri Azad Balayev görüş iştirakçılarına rayonun yaşayış məntəqələrində keçirilən görüşlərin yekunları barəsində məlumat verdi və digər yaşayış məntəqələrində olduğu kimi Qullar kəndinin seçicilərini də 11 apreldə seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırdı.

Unikal.org  xəbər verir ki, görüşdə kənd ağsaqqaları adından çıxış edən Nemət Süleymanov 2003-2018-ci illərdə Azərbaycanda aparılan quruculuq işlərindən, cənab prezident İlham Əliyevin Balakən uğurlu səfərlərindən və görülən işlərdən danışıb. Görüşdə çıxış edən gənc müəllimə Sevinc Paçalova, Əsiyyət Yusifova, görüş iştirakçılarına Azərbaycanda gənclərə, təhsilə, səhiyyəyə göstərilən qayğıdan söhbət açdılar. Görüşdə bir qrup Qarabağ müharibəsinin əlilləri iştirak edirdilər. Çıxış edən Qarabağ əlilləri Balakən rayon təşkilatı İctimai Birliyinin sədri Cavanşir İsmayılov çıxış edərək cənab prezidentin diqqət və qayğısından, prezidentin Qarabağ əlillərinə olan isti münasibətindən geniş söhbət açdı. Tədbirin sonunda Milli Məclisin üzvü Nəsib Məhəməliyev çıxış edərək 11 apreldə bütün seçiciləri səsvermə məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırdı.