11 aprel 2018-ci ildə keçiriləcək Prezident Seçkilərinin son təşviqat günündə 109 saylı Balakən Seçki Dairəsindən Milli Məclisin üzvlüyünə namizəd Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı Seçki Qərərgahının üzvləri, rayonun gəncləri və ilk dəfə səs verəcək gənclərlə birlikdə görüş keçiriblər. 

Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Balakən rayon Seçki Qərərgahının sədri Azad Balayev rayonda aparılan gənclərlə iş, onların məşğulluğu, asudə vaxtlarının keçirilməsi üçün həyata keçirilən tədbirlər, rayonda fəaliyyət göstərən Gənclər Evinin fəaliyyəti barəsində məlumat verməklə başlayıb.

Rayon Gənclər Evinin müdiri Taleh Şahverdiyev "Balakən gəncliyinin bu günü və sabahı mövzusunda görüş iştirakçilarına məlumat verdi. Ölkə prezidineti İlham Əliyevin gənclərə olan diqqət və qayğısı, gənclər haqqında qanunların qəbul edilməsi və digər sərəncamları barəsində görüş iştirakçilarına məlumat verdi. Gənc müəllimə Leyla Hacıyeva, fəal gənclər Fuad Mikayılov, Könül Rüstəmova görüş iştirakçılarını əmin etdilər ki, 11 apreldə Balakən gəncliyi, gənclərin dostu və ham;s;i İlham Əliyevə səs verəcəklər.

Ilk dəfə səs verəcək gənclər adından çıxış edən Aygün Hacıxanova çıxışında bəyan etdi ki, 11 apreldə Azərbaycanın müstəqilliyinə, güclü iqtisadiyyatına, güclü ordusuna, həyatın bütün sahələrində inkişaf edəcək müstəqil Azərbaycana, onun lideri İlham Əliyevə səs verəcəkdir.

Tədbirdə Milli Məclisin üzvü Nəsib Məhəməliyev gənclər qarşısında geniş izahlı və tövsiyyə xarakterli çıxış etdi.

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının partiya vəsiqələri təqdim edildi.