Türkiyə Daş Kömür Ocağında (TTK) mədən işçisi Namiq Kazdondu həyat yoldaşı Xədicə Kazdondu ilə birlikdə pəyədə inəklərin arasında mahnı oxuyaraq rəqs edərkən, videosunu çəkən bir yaxını sosial media hesabından paylaşıb.

Unikal.org xəbər  verir ki, video qısa müddətdə yayılaraq populyarlıq qazanıb.

Video izləyənlər cütlüyün bir-birinə duyduğu məhəbbət və sevgi üçün tərif dolu fikirlər söyləyib.

Namiq Kazdondu video izləyənlərdən gözəl reaksiyalar aldıqlarını söyləyərək, "həyat yoldaşımla birlikdə səhər erkən qalxmışdıq. Pəyədə heyvanlarımıza baxdıq. O gün şən bir günüm idi. Həm mahnı oxudum, həm də həyat yoldaşımla pəyədə rəqs etdim", deyib.