Balakən zəhmətkeşlərinin 11 apreldə keçiriləcək seçki ilə bağlı, möhtəşəm, düzənli və respublikanın mədəniyyət nümayəndələrinin iştirak etdiyi ümum rayon təşviqat mitinqi keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən təşkilatından Unikal.org-a verilən xəbərə görə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyən on minlərlə balakənli olimpiya kompleksinin stadionuna toplaşaraq öz hüquqlarından İlham Əliyevin xeyrinə istifadə edəcəklərini bildiriblər.
İctimai televiziya tərəfindən lentə alınan tədbirdə milli məclisin üzvləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev, "SƏS" qazetinin redaktoru Bəhruz Quliyev, YAP aparatının məsul işçisi Emin Abbasov iştirak ediblər.

Rayonun 4 mindən çox seçicini özündə birləşdirən Katex kənd seçiciləri ilə görüş keçirilib.

Bununla belə, Nəsib Məhəməliyev, Kamilə Əliyeva rayon Seçki Qərargahının üzvləri ilə birlikdə təhsil və mədəniyyət işçiləri, Balakənin ictimai fəalları ilə təşviqat kampaniyası çərçivəsində görüş keçiriblər.
Btün görüşlərdə Milli Məclisin üzvləri Nəsib Məhəməliyev, Kamilə Əliyeva çıxış edərək müstəqil respublikanın inkişafına, iqtisadiyyatına, ordusuna, təhsilinə cənab prezidentin diqqət və qayğısından söhbət açaraq səsvermə günü Balakən seçicilərini səsvermə məntəqələrinə gəlməyə çağırıblar.