Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

Dava zamanı rayon Polis Şöbəsinin post patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.

Faktla bağlı hüquq mühafizə orqnaları tərəfindən araşdırma aparılır.