Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində hər zaman olduğu kimi bu dəfə də, olduqca əhəmiyyətli mövzu araşdırılıb.

Unikal.org xəbər verir ki, verilişdə mağazalarda yazılan "Alınan mal geri qaytarılmır!" başlıqlı cümlələrin böyük səhv olduğunu qeyd edilib. Qanun pozan sahibkarlar sərt tənqid edilib. Aparıcı isə onları "harınlamış sahibkarlar!" adlandırıb.

Ekspert Eyyub Hüseynovda məsələnin ciddiliyindən söz açıb. Hətta alıcıların kobud şəkildə hüquqlarını pozan mağazalara da xəbərdarlıq edib. O cür insanları qanun pozan işbaz adlandırıb.

Qeyd edək ki, Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişinin "alınan mal geri qaytarılır!" başlıqlı verilişi bu axşam da davam edəcək. Aparıcı bir çox mağazalara üz tutub. Digər tərəfdən mağazadan məhsul alan şəxs malı geri qaytarmaq istəyib. Təəssüf ki, mağaza alıcının istəyini yerinə yetirməyib. Daha sonra müəmmalı şəkildə mal oğurlanır və oğrunu tapmaq "əmri" alıcıya həvalə edilir. Olduğca maraqlı anlar bu axşam saat 19-50 də Space Tv-də yaşanacaq.