İngiltərənin "Aston Villa" futbol klubu yaxın müddətdə Çin konsorsiumuna 100 milyon funta (144 milyon dollara yaxın) satılacaq.
Unikal.org-un xarici mediaya istinadən verdiyi xəbərə görə, alqı-satqının yaxın iki həftədə başa çatacağı gözlənilir.

"Aston Villa"nın hazırkı sahibi amerikalı biznesmen Rendi Lernerdir. Onun kluba sahib olduğu 10 il müddətindəki itkisi 275 milyon funt (400 milyon dollara yaxın) olub.

Bu mövsümdə "Aston Villa" vaxtından əvvəl Premyer-liqada qalmaq şansını itirib. Komanda 1986/1987-ci il mövsümündən sonra ilk dəfə yüksək liqanı tərk edir.