Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında deyib ki, ümumilikdə 5 milyon 347 min 803 bülleten çap olunacaq.

İclasda çap olunacaq bülletenlərin mətni, forması, hazırlanması qaydası müzakirə olunub, müvafiq qərar qəbul olunub.