"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Unikal.org-un məlumatına görə,  o, ardıcıl olaraq  3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb "Qarabağ"ın Premyer Liqanın 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmayıb. Ardıcıl 3 çempionluq əldə edən "Neftçi" isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.