23 Sentyabr 2019
22 Sentyabr 2019
Zirədə çempionluq "savaş"ı
Zirədə çempionluq "savaş"ı İDMAN 16:52 2016-04-29

 
Sabah Topaz Premyer Liqasında XXXII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar iki gün ərzində baş tutacaq.
 
Bu tur Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Son 4 turu qızıl medal baxımından formallığa çevirə bilən matç Zirədə keçiriləcək.
 
Turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan "Qarabağ"la "Zirə" sonuncuların meydanında görüşəcək. Ardıcıl 3-cü dəfə çempion olmaq üçün Ağdam klubuna 1 xal da kifayət edir. Debütant isə intriqanı qoruyub, ən azı "Qızıl oyun"a şansını saxlamaq üçün tarixində ilk dəfə "Qarabağ" üzərində qələbə qazanmalıdı. Qurban Qurbanovun yetirmələri üçün isə qələbə uğurlu seriyanın davamı ola bilər. Çünki ağdamlılar son 8 turda xal itirməyib və 12 oyunda meydandan qolsuz ayrılmayıb. İndiyədək öz meydanında uduzmayan "Zirə" lideri də büdrətməyə çalışacaq. Adil Şükürovun komandası bununla da mükafatlardan birini rəsmiləşdirə bilər.
 
Turun son qarşılaşması olacaq mərkəzi oyunadək isə turun digər 4 matçı keçiriləcək. İlk matç günündə "Kəpəz" "Rəvan"ı, AZAL "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Avrokuboklara vəsiqə üçün mübarizə aparan meydan sahibləri autsayderlərlə görüşlərdə xal itirməməyə çalışacaq.  Son 4 turda 1 qələbə qazanan gəncəlilər bürünc arzusunu çətinə salmamaq üçün qalib gəlməlidi. AZAL isə turnir cədvəlindəki qonşularının üz-üzə gəlməsindən yararlanmaq üçün turu itkisiz keçməlidi. 20 matçlıq qələbə həsrəti yaşayan "Xəzər Lənkəran" və xal hesabında onlara çatan "Rəvan" isə Premyer Liqadakı yerini qorumaq üçün qiyabi mübarizədə üstünlük qazanmalıdı.
 
Turun ikinci günündə liderlərdən öncə  "bürünc"ün daha iki iddiaçısı meydana çıxacaq. "İnter" və "Qəbələ" ev matçlarında xal hesabını artırmaq üçün "vuruşacaq". "Bankirlər" iddiası qalmayan "Sumqayıt", "Qəbələ" isə Avropa Liqası xəyalında olan "Neftçi" ilə üz-üzə gələcək. Maraqlıdı ki, hər iki dueldə eyni tendensiya müşahidə olunur. Cari mövsümdə evdə oynayan komandalar qalib ələ bilmir. "Bankirlər" bu uğursuz seriyanı qırmağa çalışacaq. Əyalət klubu isə son 8 gündə 3 dəfə qarşılaşmalı olduğu "ağ-qaralar"la 2-ci dueldə maksimum nəticəyə iddialıdı. Təbii ki, hakim qalmaqalı ilə diqqət çəkən kubok görüşündən sonra "Neftçi" də səfərdə uğurlu nəticəyə imza atmağa avrokubok şansını artırmaq əzmindədi.
 
 
 



Topaz Premyer Liqası

XXXII tur

30 aprel (şənbə)

 

15:00. "Kəpəz" – "Rəvan"
Mövsümün əvvəlki oyunları: 2:0, 0:0, 3:1

Gəncə şəhər stadionu

17:30. AZAL – "Xəzər Lənkəran"
Mövsümün əvvəlki oyunları: 1:3, 1:0, 1:0

"AZAL Arena"

1 may (bazar)
16:00. "İnter" – "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 1:1, 2:3, 1:0

"İnter Arena"

 

16:30. "Qəbələ" – "Neftçi"
Mövsümün əvvəlki oyunları: 1:0, 0:1, 2:1

Qəbələ şəhər stadionu

19:00. "Zirə" – "Qarabağ"
Mövsümün əvvəlki oyunları: 1:4, 0:0, 0:2

Zirə İdman Kompleksinin stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

31

22

6

3

57-19

72

2

Zirə

31

17

9

5

39-22

60

3

İnter

31

13

10

8

28-21 

49

4

Kəpəz

31

13

10

8

39-33

49

5

Qəbələ

31

13

10

8

36-24 

49

6

AZAL

31

12

6

13

23-29

42

7

Neftçi

31

10

9

12

29-33

39

8

Sumqayıt

31

6

11

14

32-43

29

9

Xəzər L

31

3

5

23

12-41

14

10

Rəvan

31

4

8

19

20-50

14

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardir: Nelson Bonilla ("Zirə") - 14




Unikal.org© 2010-2019 Bütün hüquqlar qorunur
Ünvan:Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 5n
Telefon:(+99412) 5616553, (+99455) 218-00-79
Email: [email protected]
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.