"Turan agentliyinə qarşı başlanan istintaq dayandırlıb.

Unikal.org xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.

Qeyd edilir ki, "Turanın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.

Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibat-İqtisad məhkəməsinə verilib.

Agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib.