Ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor rütbəsi alan hərbçilərdən birinin adı məlum olub.

Unikal.lorg xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev sosial şəbəkədə məlumat paylaşıb. O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələ Təpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərən Mais Bərxudarova dünən general- mayor rütbəsi verilib. "Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız. Uğurlu- xeyrli olsun",- deyə millət vəkili sözlərinə əlavə edib.