"Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir".

Bu barədə Unikal.org-a Yeni Həyat Şirkətlər Qrupundan daxil olan rəsmi məlumatda deyilir. Qeyd olunur ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar Grand Hayat MTK - Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmək göstərən Hayat Management MMC-dir.