Bakıda Metropolitenində təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin unikal.org-a verdiyi məlumata görə, metronun bütün stansiyalarında polis ciddi çəkildə yoxlamalar aparır.

Metro stansiyasına daxil olan bütün sərnişinlər xüsusi qurğularla fərdi halda ciddi yoxlanılandan sonra stansiyalara buraxılır. İİndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib", - deyə Nəsimi Paşayev bildirib.