Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən şiddətli döyüşlərdə qəhrəmanlıqla şəhid olan Mehralıyev Sarvan Natiq oğlu dəfn olunub.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb. 

Əslən Xocalıdan olan şəhidimiz 9 ay bundan əvvəl hərbi xidmətə çağırılıbmış.