AXCP sədri Milli Şura rəhbərinin istefa ərizəsini geri götürtmək üçün iyrənc yola əl atıb  
Radikal müxalifət düşərgəsində yenidən gərginlik yaranıb. Milli Şura daxilində yaranan yeni qalmaqal ictimai-siyasi düşərgənin diqqətini özünə cəlb edib.  Dünən yayılan xəbər də buna əyani sübutdur. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Şuradan istefa ərizəsi yazdığı barədə xəbərlər yayılıb. Yayılan xəbərdə deyilir ki, Cəmil Həsənli istefa ərizəsini yazaraq Milli Şuradan getdiyini bəyan edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə onu bu fikrindən daşındırmağa çalışır. C.Həsənlinin istefa verməsinə səbəb kimi onun xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada cərəyan edən neqativ proseslər göstərilir. Qeyd edilir ki, C.Həsənlinin İbrahimbəyovun yas mərasiminə qatılması, başda Əli Kərimli olmaqla, Milli Şurada kəskin etirazlara səbəb olub. Bu etirazlar sosial şəbəkələrdə kəskin hal alıb. Məhz bu səbəbdən də C.Həsənli Milli Şuradan getmək qərarına gəlib.  Əli Kərimli isə ona bildirib ki, narazılıqları onun Milli Şuradan getməsi üçün deyil. Milli Şura üzvləri də Cəmil Həsənlinin istefa vermək niyyətinin həqiqət olduğunu bildirib. Bu barədə «Unikal» qəzetinə məlumat verən AXCP fəallarından biri deyib ki, Cəmil Həsənli İbrahimbəyov məsələsindən sonra incik düşüb və baş verənləri özünə qarşı təhqir kimi dəyərləndirib. Ona görə də istefa vermək qərarına gəlib. Amma AXCP sədri Əli Kərimli buna qarşı çıxıb. Mətbuata verilən asıqlamalarda isə bildirilir ki, Cəmil Həsənli istefa vermək istəməyib. Milli Şura üzvlərindən birinin «Unikal» qəzetinə verdiyi məlumatda isə daha ilginc məqamlar var. Onun sözlərinə görə, Cəmil Həsənli öz xoşu ilə fikrindən daşınmayıb: «Birlisiniz ki, Əli Kərimli ona qarşı çıxanlara hər zaman iyrənc metodlarla mübarizə aparıb. Diqqət yetirmisinizsə, indiyə qədər onun yanından gedənlərin hamısının arxasınca qara piar kampaniyası aparıb. Əslində, Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etməsindən sonra Cəmil Həsənliyə qarşı kampaniyanı da Əli Kərimli təşkil elətdirmişdi. Buna görə də Cəmil Həsənli Əli Kərimli ilə görüşərək, Milli Şura rəhbərliyindən getmək istədiyini bildirib. Ancaq Əli Kərimli buna qarşı çıxıb. Hətta bu şəkildə istefa verəcəyi təqdirdə ona qarşı böyük bir kampaniya başlayacağını bildirib. Yəni, AXCP sədri Cəmil Həsənlini şantaj edib ki, həm mediada, həm də sosial şəbəkədə onu biabır edəcək. Həqiqətən də Əli Kərimlinin sosial şəbəkələrdə böhtançı qurupu var və onlar bir göstərişlə istənilən şəxsi qaralaya bilirlər. Elə buna görə də Cəmil Həsənli hazırkı mərhələdə istefasını ertələyib». Bizi bilgiləndirən şəxs onu da deyib ki, Əli Kərimli bu gün səhər Cəmil Həsənliyə zəng edərək istefa məsələsini təkzib etməyi tapşırıb. AXCP sədri bununla da söz-söhbətə son qoymağa çalışıb.   Qərib Gərayzadə