Son dövrdə podiumlara damğa vuran iki bacı Gigi Hədid və Bella Hədid cəsur paltar seçimləri ilə yenə diqqətləri üzərlərinə çəkməyi bacarıblar.

Unikal.org xəbər verir ki, dünya tərəfindən məşhur model bacılar Gigi Hədid ilə Bella Hədid, Milano Moda Həftəsində podiuma çıxdıqdan sonra yemək üçün bir araya gəliblər.

21 yaşındakı Gigi Hədid, pencəyinin altına geydiyi dərin dekolteli bluzuyla bütün baxışları üzərinə çəkə bilib.

Bella Hədid isə gecə yataq paltarını xatırladan paltarıyla avtomobilinə minərkən çətin anlar yaşayıb.