Xəbər verdiyimiz kimi, 1 yanvar 2017-ci il tarixdən Azərbaycanda əhali və qeyri-əhali üzrə təbii qazdan istifadəyə görə limit tətbiq olunub. Limit təbiq olunan obyektlər arasında Azərbaycanda fəaliyyət göstərən məscidlər də var. Belə ki, "Azəriqaz tərəfindən məscidlərə il ərzində 5 min kub/metr təbii qazdan istifadə limiti tətbiq olunub.

Unikal.org limiti keçən məscidlərdə ödənişin hansı qurum tərəfindən edilməsi və gələcəkdə qoyulan limitin artırılması məsələsini araşdırıb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycanda təbii qazdan limitsiz istifadə edən şəhər və kəndlərdə fəaliyyət göstərən məscidlər də var. Həmçinin eyni limitdən istifadə edən gündəlik, yalnız həftədə bir dəfə (cümə günləri) və bayram günlərində fəaliyyət göstərən məscidlərin də olduğu ortaya çıxıb. Araşdırma göstərir ki, gündəlik fəaliyyət göstərən və ucqar kəndlərdə yerləşən məscidlərdə təbii qazdan daha çox istifadə olunur. Bunun da səbəbi aydındır.

Image result for İvrahim kərbəlayevMəsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, 409 məscid və dini məbədin təbii qazdan istifadəsi üçün 5 min kub metr limit ayrılıb.Qurum rəsmisi vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən bütün məscidlərə eyni limitdə qaz verilir və aralarında heç bir fərq qoyulmur. İbrahim Kərbalayevin sözlərinə görə, məscidlərdə təbii qaza görə limitin artması ilə də bağlı "Azəriqaz İB-yə hər hansı bir rəsmi müraciət olunmayıb.


Image result for hacı sədi axundzadəQafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Böyük Bazar "Hüseyniyyə" məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə Unikal.org-a deyib ki, icması dövlət qeydiyyatına alınan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şəadətnaməsi ilə təmin olunan bütün kənd, şəhər və dağ ərazilərində yerləşən məscidlər təbii qazla təmin olunur.
Hacı Sədi əlavə edib ki, 5 min kub/metr təbii qaz limitini keçən məscidlərin ödəniş haqları ianələr hesabına ödənilir: "Məsələn, təmsil etdiyim məscid şəhər məscidi olduğundan və gündəlik fəaliyyət göstərdiyindən nəzərdə tutulan limit tam olaraq bəs etmir. Ödəniş məsciddə ibadət edən şəxslər tərəfindən ianə formasında ayırdıqları pullar hesabına ödənilər. Biz bunda heç bir problem görmürük. Kənd məscidlərini qeyd olunan limitlə tam təmin etmək olur. Ancaq bunu şəhərdə etmək mümkün deyil. Amma bununla belə biz dövlətimizdən çox razıyıq. Şükür edirik ki, dövlətimiz limitlə də olsa məscidlərimizə pulsuz təbii qaz verir. Birdən verməsəydilər nə edərdik? Hesab edirik ki, limitin artırılması ilə bağlı dövlətə müraciət etməyə ehtiyac görmürük. Həmd edirik ki, bu da var. Dövlətimiz iki ildir məscidləri pulsuz qazla təmin edir. Bundan qabaq yox idi. Bəs onda məscidlər nə edirdi?
Qazi dövlət tərəfindən gələcəkdə təbii qazdan istifadəyə görə limitin artırılmasını da istisna etməyib: "Gələcəkdə ola bilər ki, buna baxılsın. Amma hələlik indiki vaxtda buna ehtiyac görmürəm.

Image result for gündüz ismayılovDini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Unikal.org-a vurğulayıb ki, ilk öncə təmsil etdiyi qurum dini qurumları qeydiyyata alır və dini qurumlar isə məscidlər deyil:
"Məscid mülkdür, əmlakdır. Əmlakın balans saxlayıcısı, mülkiyyətin sahibidir. Məscidlər mülkiyyət olaraq bələdiyyələrin balansındadır. Dövlət Komitəsi məscidlərin idarə edilməsi və həmin məscidlərdə dini fəaliyyətin tənzimlənməsi üçün yaradılmış dini qurumları, dini icmaları qeydiyyata alır. Daha aydın ifadə ilə desəm məscid daşınmaz əmlakdır. Dini icmalar insanlardır. Dövlət Komitəsi bunları bir araya gətirən hüquqi şəxsdir. Yəni məscidlə dini qurum tamamilə ayrı-ayrı anlayışlardır. İkincisi biz dini qurumları dövlət qeydiyyatına alırıq. Əgər dini qurumların sayından söhbət gedirsə indiyədək islam təmayüllü dini icmaların sayı 700-ü ötüb. Bu gün respublikamızda 2165 məscid var. Bu məscidlərin hamısı eyni vaxtda fəaliyyət göstərmir. Ramazan, Məhərrəm ayında fəaliyyət göstərən məscidlər də var. Respublikamızda gündəlik fəaliyyət göstərən 1500 civarında məscid var.
Qazlaşdırmaya gəldikdə isə G.İsmayılov bunları deyib:
"Bəli, hər bir məscidlə bağlı konkret limit var. Bu təbii şərait, havanın durumu, respublikanın yerləşdiyi coğrafi ərazisi nəzərə alınaraq 5 min kub/metr limiti götürülüb. Əgər hansısa məscidin o limitdən artıq qaz istifadə edirsə, bir daha təkrar edirəm ki, bu bütün məscidlər üçün eynidir. Məscidlər arasında hansısa fərq qoymaq düzgün deyil. Əgər məsələni bu cür götürsək, böyük şəhərlərimizdə elə məscidlər var ki, ərazisi böyük və ibadət edən insanın sayı daha çoxdur. Onda belə çıxır ki, onlara daha çox limit verilməlidir? Elə məscidlər var ki, orada gün ərzində uzaq başı 10-15 nəfər ibadət edir. Hesab edirəm ki, dövlətin qoyduğu limit ən ədalətli variantdır ki, hər bir məscidlə bağlı ümumi limit formalaşdırıb. Yəni, bu gün üçün limitin artırılması ilə bağlı hər hansı bir müraciət edilməyib və hazırda bunun artırılması ilə bağlı hər hansı bir müzakirə getmir. Dövlət məscidlərə pulsuz təbii qaz verənədək sözügedən dini ocaqlar özləri-özlərin istilik sistemi ilə təmin edirdilər. Bununla bağlı ödənişi məscidin icması, orada ibadət edən adamlar edirdilər.
O əlavə edib ki, Komitəyə məscidlərin qazlaşdırılması ilə bağlı da müraciətlər olur və bununla bağlı müsbət cavab verilir: "Elə bir məscid ola bilməz ki, qazlaşma ilə bağlı bizə, ya da Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsin və biz bunlara köməklik göstərməyək. Bu məsələ ilə bağlı müraciət edənlərin hər birinə lazimi köməklik göstərib. Məscidlərin təbii qazla təmin olunması dövlətimizin ibadət ocaqlarına, məscidlərə, sinaqoqlara qayğısının bir təzahürüdür.

Amid Əyyuboğlu