«Azərbaycan Dəmir Yolları» QCS Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəhbəri Çingiz Məmmədov işdən çıxarılıb.

Unikal.org-a daxil olan məlumata görə, «Azərbaycan Dəmir Yolları» QCS sədri Cavid Qurbanovun əmri ilə idarə rəisi tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Çingiz Məmmədovun adı bir sıra maliyyə qalmaqallarında hallanırdı.

Xəbəri «Azərbaycan Dəmir Yolları» QCS-nin kardlar idarəsindən unikal.org-a təsdiqləyiblər.


Elvin Rüstəmov