17 Sentyabr 2019
Qadağa 48 il sonra ləğv edildi
Qadağa 48 il sonra ləğv edildi İDMAN 11:35 2016-03-13

 
Türkiyədə futbola qoyulmuş qadağa 48 il sonra rəsmi olaraq aradan qaldırılıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin yanvarda qəbul etdiyi müvafiq qərarından sonra  Gömrük və Ticarət Nazirliyi stolüstü futbolu qadağan olunmuş  idman növlərinin siyahısından çıxarıb.
 
Məhkəmənin qərarına əsasən, fiziki bacarığa əsaslanan bu oyun vətəndaşların işinə və ya ailəsinə heç bir  mənfi təsir etmir, əksinə, insanın beyin sağlamlığını gücləndirir.  
 
Qeyd edək ki, bundan əvvəl  stolüstü futbol Türkiyədə mərc oyunu hesab edilib və oyunçulara 5 ilədək həbs cəzasına məhkum edilə bilərdilər. 
 
Türkiyədə pinbol və ruletka oyunlarına qadağa hələlik tətbiq edilsə də, Konstitusiya Məhkəməsi bu oyunların da cinayət hesab edilməməsinə dair qərar çıxarıb.