Bu gün dünyada sabitlik və demokratik nümunəsi kimi təqdim edilən 2 dövlətin - Norveç və İsveçin törətdiyi soyqırımından bəhs edəcəyik. 

Unikal.org bildirir ki, qısası, bu gün insan haqlarından ağız dolusu dəm vuran Qərb dövlətlərinin heç birinin tarixi təmiz deyil. Hər birinin qətliam, soyqırımı tarixində imzası var.

AUSÇVİTZ DÜŞƏRGƏSİNDƏ SAXLANILAN 3 MİN ROMAN QAZ OTAQLARINDA QƏTLƏ YETİRİLİB

İkinci Dünya müharibəsində ən azı yarım milyon qaraçı faşistlər tərəfindən qətlə yetirildi. Ancaq bu həqiqəti çox az adam bilir. Bunun səbəbi uzun illər qaraçıların bu həqiqəti yüksək səslə dilə gətirə bilməməsi və Qərb ölkələrinin soyqırımına qarşı laqeydsizliyi olub. Qaraçılar və ya özlərinə verdikləri adla Romanlar Hindistanın Pəncab-Sind çayı hövzəsi boyunca Pakistan və Əfqanıstanın da daxil olduğu bölgələrdən 1050-ci ildə dünyaya yayılmış Hind-Avropa mənşəli xalqdır.
Almaniya 1982-ci ildə Romanların Hitlerin hədəfi olduğunu və soyqırımına məruz qaldığını, Birləşmiş Millətlər Təşkilatı isə 1989-cu ildə etnik səbəblərdən qaraçıların soyqırımı edildiklərini qəbul edib.

İkinci Dünya müharibəsinin sonlarına doğru SS şefi Henrix Himmler toplama düşərgələrində olan son romanların da məhv edilmələri əmrini verib. 1944-cü ilin 2 avqust gecəsi Ausçvitz düşərgəsində saxlanılan 3 min roman qaz otaqlarında qətlə yetirilib. Buna görə də 2 avqust "Roman gecəsi" adlanır. Polşa bir neçə il əvvəl bu günü faşistlərin qətlə yetirdiyi "Romanları Anma Günü" olaraq elan edib.
Roman təşkilatları Polşadan başqa digər Avropa ölkələrin, o cümlədən Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının da 2 Avqust tarixini anma günü olaraq qəbul edilməsini tələb edir.

İsveçin keçmiş inteqrasiya naziri, hazırda İordaniya səfiri olan Erik Ullenhaq da faşistlərin romanları toplama düşərgəsinə doldurduğunu, bir qismini qaz otaqlarında qətlə yetirildiyini, bir qisiminin də Dr. Mengel tərəfindən təcrübə heyvanı kimi istifadə edildiyini təsdiqləyib.

İSVEÇDƏ ROMANLAR ZORLA QISIRLAŞDIRILIB

Soyqırımın insanlıq tarixinin ən böyük günahı olduğunu deyən Erik Ullenhaq həmin illərdə və daha sonralar İsveçdə romanların zorla axtalandığını (qısırlaşdırıldığını), seçkilərdə iştirak etməyə haqları olmadığını söylədikdən sonra çıxışını belə davam etdirib: "İsveç və Avropada romanlara qarşı ayrı-seçkilik bu gün də davam edir. Macarıstanda bəzi siyasətçilər romanların öldürülməsi lazım olduğunu söyləyir. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Pis insanların etdiklərindən çox, yaxşı insanların olanlara səssiz qalması daha təhlükəlidir. Buna görə də mən hər zaman 2 avqust gecəsi romanlara qarşı tətbiq edilən qətliamı söyləməyə davam edəcəyəm".

Babası əsir düşərgəsində öldürülən Bagir Kviek anma toplantısına gəlməmişdən qabaq atasına nə danışması lazım olduğunu soruşduğunu, atasının isə, "biz romanların heç vaxt ordumuz olmayıb, heç kimə müharibə elan etməmişik, heç bir xalqı təzyiq altında saxlamamışıq, bizə qarşı olunan haqsızlıqlara da etiraz etməmişik. Biz yalnız sülh şəraitində yaşamaq istəyirik. Digər insanlarla eyni şəraitdə yaşamaq və bərabər hüquqlara malik olmaq istəyirik", - deməsini istədiyini bildirib.

NORVEÇDƏ TATTARELƏRƏ BİOLOJİ SOYQIRIM HƏYATA KEÇİRİLİB

Norveçlilər 1920-30-cu illərdə çıxardıqları qanunlarla nordik irqin təmizliyini qorumaq üçün etnik qrup olan tattare (qaraçıların bir qolu) qızlarını zorla qısırlaşdırıblar. Norveç cəmiyyəti nə qədər tattareləri qısırlaşdırarlarsa, o qədər öz irqlərini qoruduqlarına inanırdı.

Axtalama yolu ilə saylarının azldılması mümkün olmayan tattarelər üzərində insulin və elektroşok üsulları tətbiq edilib.

1900-cü illərin əvvəlində Almaniya və Skandinaviya cəmiyyətlərində geniş təbliğ olunan "Ari İrq" nəzəriyyəsi 1929-1938-ci illərdə İsveçrə, Danimarka, Finlandiya, İsveç və Norveçdə qanuniləşdirilib. Axtalamaq məhz bu ideologiya çərçivəsində həyata keçirilib. Bundan əlavə tattarelər psixi xəstəxanala yerləşdirilir və fiziki cəhətdən əlil edilirdilər.

1959-cu ilə qədər sayları 2.513 olaraq göstərilən tattare qadınından 840-ı və 14 yaşından böyük, ancaq sayları dəqiq bilinməyən tattare qız uşaqları qısırlaşdırılıb. Bu bioloji və mədəni irqçi tətbiqlər dövlət orqanları tərəfindən həyata keçirilib.