Lesya Nikityuk Azərbaycan tamaşaçısına "Oryol i reşka" travel-şousu, eləcə də "Lesya zdes" televiziya verilişi ilə tanışdır. O,"Lesya zdes"telelayihəsində dünyanın müxtəlif ölkələrində kişilərlə tanış olmağın nə dərəcədə asanlığıməsələsindən söhbət açır. Təbii ki, hündürboy sarışın, xarizmatik, şən xanım aparıcıhər zaman ekran başında özünə diqqət yönəltməyi bacarır.Lesya Nikityuk"Report"un Ukrayna bürosunamüsahibəsində bu dəfə"Lesya zdes" verilişinin Bakıdakı çəkilişlərinin necə keçməsindən və Azərbaycan kişisi ilə tanış olmağın asan olub-olmamasından danışıb.

- Cari ilin noyabr ayında "Pyatnitsa" telekanalında "Lesya zdes" verilişinin Azərbaycan kişilərinə həsr olunmuş bölümü nümayiş etdirildi. Sizcə, azərbaycanlı kişilər nə dərəcədə qayğıkeşdirlər? Verilişi izlədikdən sonra onlarla tanış olmağın çətinliyi barədə nəticəyə gəlmək mümkündür?

- Göründüyü kimi, Azərbaycan kişiləri ilə tanışlıq həqiqətən asan deyil! Bəlkə bu dabizim tez-tez formalaşmış stereotiplər əsasında qiymətləndirmə aparmağımızdan irəli gəlir. Ancaq bu stereotiplərin bəziləri doğrudur. YəniAzərbaycan kişiləri həqiqətən diqqətcil, qayğıkeş və mehribandırlar. Lakin ünsiyyət asanlığında, məsələn, elə tanışlıq zamanı sınadığımda müəyyən çətinliklərlə üzləşdim. Bulvarda gəzinti vaxtı kişilərin 80%-i söhbətə başlamamış qaçırdı! Yəqin qadınların ilk addımı atmaqla bağlı təşəbbüslərinə alışmayıblar. Bu, mənim üçün ilk dərs oldu. Bu gözəl ölkədə şərtlər və ənənələr indiyə qədər qorunaraq saxlanılıb.

- Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində kişilərlə tanışlığın asan olub-olmaması barədə biri telelayihənin yaradılması ideyası necə meydana gəldi?

- Hər şey "Oryol i reşka"dan başladı. Məsələ ondadır ki, əvvəllər istənilən ölkəyə çəkilişlər üçün bir neçə günlüyə gedəndə yalnız ən görməli yerləri, ən maraqlı yerləri çəkməyə vaxt tapırdıq. Başqa sözlə, ən əsas detalı - yerli sakinlərin mentalitetini, mədəniyyətinin xüsusiyyətlərini üzə çıxarmaq olmurdu. Hərçənd bir fincan qəhvə və ya onların hansısa xüsusi içkisi ilə yerlilərlə ürəkdən söhbət etməyi çox istəyirdim. Ancaq ünsiyyət və yeni tanışlıqlar kimi hər bir səyahətin ən maraqlı hissəsi kadra düşmürdü.

"Lesya zdes" layihəsində (Ukrayna prokatında veriliş "M ətrafında" adlanır - "Report") bütün bu əsas anları birləşdirməyə müvəffəq olduq. Biz "Şahzadələr" haqqında tarixdən uğurla istifadə etdik! Razılaşın ki, qızların çoxu uşaqlıqda ərəb şeyxinə və ya fransız qrafına ərə getməyi arzulayır (gülümsəyir). Bu mənada "Lesya zdes" verilişi kişilər və ölkələr üzrə özünəməxsus bələdçiyə çevrilib.

- Bakıda çəkiliş prosesi çətin oldu? Belə başa düşdük ki, bəzi qəhrəmanlarla özləri, Azərbaycanda kişilər və qadınlar arasında əlaqələr, tanışlıq etiketləri haqqında danışmaları üçün razılıq əldə etməli olmusunuz.. Eyni zamanda, sizin qəfildən, heç bir ilkin razılaşma olmadan kişilərə yaxınlaşdığınız anlar da var idi...

- Belə çəkilişlər öz-özlüyündə asan olmur, qəhrəmanların heç də hamısı ilə danışmağa müvəffəq olmursan. Amma ən gözəl və ağıllı kişilərlə danışdığımızı deyəndə bu kompliment onların ürəyinə yağ kimi yayılır və onlar hər şeyə hazır olur. Yeri gəlmişkən, bu xüsusiyyət ən azı olduğumuz bütün ölkələrin hamısının kişiləri üçün xarakterikdir.

Azərbaycanda neft buruğunda çəkilişdən əvvəlki təhlükəsizlik texnikası üzrə peşəkar təlimat məni heyran etdi. Məni isə çoxlu təlimatlar görmüşəm, inanın!

- Hansı ölkədə kişilərlə tanışlıq daha asan və ya çətin olub?

- Əslində, kiminləsə tanış olmağım, ilk yaxınlaşmağım çox çətin idi. Amma iş işdir və kadrda Lesyanın real həyatda heç vaxt etməyəcəyi şeyləri həyata keçirməli olursan! Hiss etmisinizsə, bu layihədə çox dəyişmişəm, daha çox qadınlaşmışam, romantik olmuşam, Ledi Leyə çevrilmişəm. Bu obrazda kişiləri ovlamaq xoşuma gəlir...

Araşdırmalarıma əsasən Almaniyada kişilərin daha asan əlaqəyə girdiyinideyə bilərəm. Hətta deyilənə görə, onlara görə seks kinoya getmək və ya bir fincan qəhvə içmək kimi bir şeydir. Bu baxımdan isveçlilər və isveçrəlilər onların tam əksidir. Onlarla ünsiyyət qurulması çox çətindir.

- Bakıya ilk səfəriniz idi? Azərbaycan paytaxtı haqqında nə deyə bilərsiniz?

- Bəli, mən ilk dəfə Bakıda oldum. Etiraf edim ki, Ukrayna və onun vətəndaşlarına qarşı bu cür xoş münasibət məni təəccübləndirdi. Özümü həqiqətən arzulanan qonaq kimi hiss etdim. Bu, səmimiyyət və müsbət enerji Azərbaycanda hər yerdəbizimüşayiət elədi.

Bakı məni heyran etdi, elə təəssürat yaranırdı ki, gələcəyin şəhərində olmuşam. Azərbaycan paytaxtının böyümək və inkişaf istəyi həqiqətən valehedicidir!

Bir də inanılmaz dadlı mətbəxiniz var! Odur ki, yüzlərlə təklifdən birini dəyərləndirib bir daha Bakıya gələcəyəm, amma sadəcə istirahət etmək üçün. Hələlik isə bu cür isti qəbula görə Azərbaycan xalqına minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm!

- Lesya Nikityukun diqqətinə layiq olmaq üçün əsl kişi necə olmaldır? Bəs azərbaycanlıya ərə gedərsiniz?

- Şəxsən mənim üçün kişidə ən mühüm xüsusiyyətlərdən biri yumor və... boydur! 1,5 metrdən hündür olması arzuediləndir (gülür)! İdeal kişi isə ezamiyyət, səyahətlər zamanı məni gözləməli, insanın özü ilə daşıya bildiyi yeməklər hazırlaya bilməli, it gəzdirməli və dibçəkləri sulamalıdır (gülür).

Azərbaycanlı kişiyə ərə getmək məsələsinə gəlincə, verilişin Azərbaycana həsr olunmuş bölümü efirə verildikdən sonra sizin kişilərdən o qədər məktub, ismarıc və təkliflər almışam ki, seçimimin necə olacağını bilmirəm!

- Bakıda kişilərin yumor hissi necədir?

- Əvvəlcə mənə elə gəldi ki, ümumiyyətlə, yumor hissləri heç yoxdur! Amma bu, tərbiyənin tərənnümü idi, bir qədər yaxından tanış olandan, Lesyanın həqiqətən Bakıda olması şoku keçəndən sonra uşaqlar artıq zarafat etməkdən çəkinmirdi.(report)