Sevinc Qədirova: "Görülən işlərlə bağı mətbuata məlumat verməyi Nadir Əzməməmədova həvalə etmişəm

Bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik edildi.
QSC sədri Cavid Qurbanovun əmri ilə tanınmış jurnalist Sevinc Qədirova yeni yaradılan İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edildi.

S. Qədirova təyinatı barədə, eyni zamanda, rəhbərlik etdiyi yeni şöbənin perspektivləri ilə bağlı Unikal.org-a müsahibə verib.

-Sevinc xanım ilk olaraq Sizi təbrik edirik. Yeni yaradılan şöbənin iş prinipsləri bundan sonra necə olacaq? Hansı yeniliklər gözlənilir?

-Şöbə rəisi olaraq əsas prinsipim Cavid Qurbanovun tapşırıqları əsasında görülən işlər, həyata keçirilən beynəlxalq layihələr, ölkə daxilində dəmiryol sahəsindəki yeniliklər barədə mətbuata daha operativ, şəffav məlumat vermək olacaq. Ölkə prezidenti etimad göstərib Cavid Qurbanovu bu vəzifəyə təyin edib. Çalışacağam ki, C.Qurbanovun mənə göstərdiyi etimadı doğruldum, tapşırılan işlərin öhdəsindən layiqincə gəlim. Uzun illər mən mətbuatda işləmişəm. Gənc nəslin bir çoxundan başqa jurnlaistlərin əksəriyətini tanıyıram və çox gözəl, mehriban münasibətlərim var. Bundan sonra da mətbuatla əlaqələrimiz daha sıx və güclü olacaq.

-Cavid müəlimi necə xarakterizə edərdiniz?

-Mən vəzifəyə yeni təyin olunmuşam. Ancaq bu qurumda iki ilə yaxındır fəaliyyət götərirəm. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyində böyük inspektor vəzifəsində çalışmışam. Yəni, bu sahədə azdan-çoxdan informasiyam var. Cavid müəllim çox gözəl insandır, rəhbər kimi çox ciddi və tələbkardır.

-Vəzifəyə təyin olunduqdan sonra jurnalistlərdən çox zəng edən olubmu?

-Bu xəbər mətbuatda yayıldığı gün çox zənglər oldu. Bu vaxta qədər telefonuma o qədər zəng gəlməmişdi. Əslində belə pozitiv münasibət gözləyirdim. Hər kəsə təşəkkür edirəm.

-Cavid müəllim son açıqlamalarında qeyd etmişdi ki, qiymətlər qalxacaq. Qiymət artımı ilə bağlı müzakirələr gedirmi?

-Cavid Qurbanov müsahibəsində vurğulamışdır ki, ölkə başçısı ilə bu məsələ razılaşdırılacaq. Prezidentin tapşırığı olarsa, qiymət artımı məsələsinə baxılacaq. Hələki dəyişilik yoxdur.

-Paytaxtdakı köhnə dəmiryollarının təmiri və yenidən işə salınması məsələsi gündəmdədirmi?

-Təmir işləri gedir. Dəmiryolunda görülən işlərlə bağlı hələlik Nadir Əzməmmədov açıqlamalar verəcək. Mən işçilərin motivasiyası, onların təlimatlandırılması işi ilə məşğulam. Ona görə də, görülən işlərlə bağlı məlumat verməyi Nadir Əzməməmədova həvalə etmişəm.
Cavid Qurbanovun göstərişi ilə bir neçə layihə üzərində işləyirəm. Yeniliklər barədə saytımızda və facebook səhifəmizdə bu barədə məlumatlar yerləşdiriləcək. 2015-ci ilin may ayından facebook səhifəmiz fəaliyyət göstərir, 20 min izləyicisi var. İşçilərimiz mütəmmadi olaraq orada ictimaiyyətdən ünvanlanan sualları cavablandırırlar.

-Qatarda jurnalistlər üçün turların təşkili gözlənilirmi?

-Belə bir layihə var. Yeni illə bağlı layihəmiz olacaq. Sizləri də dəvət edəcəyik. Görüləcək işlər çoxdur. İstəyirəm, layihənin icarasının vaxtları çatana yaxın sizləri xəbərdar edib. "ASAN RADİO ilə layihəmiz nəzərdə tutulub.