"Caviar şirkəti Azərbaycana xüsusi örtük modelləri hazırlayıb.

Unikal.org xəbər verir ki, şirkət "iPhone 7 üçün "Supremo Aliev və "Atlante Azerbaijan Marmo adlı yeni modellərini təqdim edib.

Supremo Aliev



Model Azərbaycan prezidenti İlham Əliyevə həsr olunub. Ölkə prezidentinə hörmət və heyranlığı bildirmək üçün "Caviar ən zəngin materiallardan istifadə edib. Güc, aristokratizm və əminlik hissləri titan və alliqatorun ekzotik dərisi vasitəsilə əks etdirilib.

Kompozisiyanın mərkəzində İlham Heydər oğlu Əliyevin portreti yerləşdirilib. Şəkil əllə çəkilib. Portretin aşağı hissəsində dövlət başçısının imzası həkk olunub. Örtüyün qiyməti 253 000 rubldur (təxminən 6679 AZN).


Atlante Azerbaijan Marmo



Bu modeldə Azərbaycan gerbi təsvir olunub. Qızılla işlənən, alovun rəngi olan qızılı və İslamın rəmzi olan yaşıl rənglə bəzənən model zəngin görünüşü ilə diqqət çəkir. Modelin dizaynında Şəki Xan Sarayının və Möminə Xatun Türbəsinin arnamentlərindən istifadə olunub.

Örtüyün aşağı hissəsində Azərbaycan Respublikasının adı həkk olunub. Model özündə zəngin Azərbaycan irsini əks etdirir. Örtüyün qiyməti 198000 rubldur (təxminən 5 227 AZN)