Məmməd İsmayıla qarşı şok ittiham: "75 yaşın ola və belə utanmazcasına yalan danışasan"

Son günlər AzTV ətrafında yaranan gərginlik maraqlı detalları üzə çıxarıb. Belə ki, bu gün AzTV rəhbərliyinin suçlayan kemiş sədr Məmməd İsmayılın özünün qanunsuz əməlləri, yanlış idarəçiliyi barədə məsələlər gündəmə gəlib.

Unikal.org-adaxil olan məlumata Məmməd İsmayılın AzTV sədri olduğu dövrdə rəhbərliyi altındakı şəxslərlə intriqada olub. Hətta vəzifəsindən sui-istifadə edərək, ona müxalif olan şəxslərin verilişlərinə qadağa qoyub. Bununla bağlı həmin dövrdə böyük qalmaqal da olub. Məmməd İsmayıla müxalifə olan şəxslərdən birir «Səhər» verilişinin rəhbəri Tahir Abbasov olub. Yəni, Məmməd İsmayıl yanlış idarəçilikdən ortaya çıxan problemləri Tahir Abbasovun üzərinə yönəltməklə yaxasını kənara çəkib. Amma T.Abbasov da heç vaxt sədrin qanunsuz tələblərinə boyun əyməyib.

Bu barədəunikal.org-a açıqlama verən Tahir Abbasov həqiqətən də sədrlə aralarında narazılığın olduğunu etiraf edib. Amma keçmiş AzTV-çi sədrlə aralarında olan çəkişmələr barədə ətraflı danışmaq istəmədi. Rəhbəri olduğu verilişin bir gün efirə getməməsnə də aydınlıq gətirən Tahir Abbasov deyib ki, bu məsələdə də məsuliyyət sədrin üzərinə düşürdü: «Axşam mən dedim materialları hazırladım və efirə verilməsini tapşırdım. Amma sonra müəyyən problemlər ortayı çıxdı. Sədr isə bu barədə yaxşı ölçü götürmədi. Mən də bir gün efiri boş buraxdım. Ümumiyyətlə, AzTV-dəki proseslərdə kimsə məni nədəsə suçlaya bilməz. Bizim aramsızda müxalif elementləor çox olub. Sonralar o qədər qəribə şeylər oldu ki,0 bunları açıb danışmaq lazım deyil. Olan olub, keçən keçib. Hər halda, kimin nə qədərər məsuliyyətsiz olduğunu hamı bilir».

Qeyd edək ki, Məmməd İsmayılın intriqada olduğu şəxslərdən biri isə Xəbərlər departamentinin direktoru Xaliq Bahadırdır. Maraqlısı odur ki, X.Bahadırla Məmməd İsmayılın arasında olan gərginli indi də davam edir. Belə ki bir müddət öncə Məmməd İsmayıl tənqid hədəfinə gətirdiyi şəxslərdən biri də vaxtilə AzTV-nin İnformasiya Studiyasının rəhbəri Xaliq Bahadır idi. Amma Xaliq Bahadır Məmməd İsmayılın ittihamlarını cavabsız qoymadı: «Şair olasan, 75 yaşın ola və belə utanmazcasına yalan danışasan. AzTV "qurdlar"la doluydu.Bir detalı deyim, o zaman İTV-nin sabiq sədri olan İsmayıl Ömərovun qeyri-rəsmi rəhbərlik etdiyi "rüşvət komandası" televiziyada güclü təsir imkanına malik idi. Onlar yanvarın 6-da Məmməd İsmayılın kabinetində iclas çağırdılar, əslində, onları sədr özü mənə qarşı qaldırmışdı. Kabinetə daxil olanda özümə qarşı məhkəmə qurulduğunu hiss etdim, başladılar əleyhimə çıxışlar etməyə, sonda sual verdim; suçum nədir, bəlkə sizdən rüşvət almışam? Cavab verdilər ki, yox, elə şey olmayıb. Bu, heç mümkün də deyildi, çünki onların rüşvətə bulaşan əl-qollarını bağlamışdım. Sonradan öyrəndim, iclası çağıranların Milli Məclisdə adamları var, bu, Mədəniyyət Komissiyasının sədri Rauf İsmayılov idi ki, o da DTK-ya bağlıydı".

Elvin Rüstəmov