Türkiyə Böyük Millət Məclisinin yeməkxanasında Atatürkün nahar etdiyi süfrədə rakı içkisi təsvir edilən tablo yerindən götürülüb.

"Məclis sədrinin Atatürk sıxıntısı davam edir. Təmiri bəhanə edib Atatürk-ün tablolarını ya götürürlər, ya da yerlərini dəyişdirirlər. Atatürk onları hər yerdə rahatsız edir", deyə CHP-nin sədr müavini Levent Gök narazılığını bildirib.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, "Sözçü" qəzeti yazıb ki, məşhur rəssam Yaşar Çallının çəkdiyi foto 15 iyuldan sonra təmir-bərpa işlərinin aparıldığı yeməkxananın divarından götürülüb və sonradan yerinə asılmayıb. Əvəzində həmin yerə televizor qoyulub. Digər divarlara isə çini rəsm əsərləri asılıb.

Hazırda Twitter mikrobloqunda "Mustafa Kemal Atatürk" həşteqi də ən məşhur mövzuların onluq siyahısındadır.

Məclis rəsmin qəsdən götürülməsilə bağlı iddialara cavab olaraq təmirin davam etdiyini deyib.

"Capa" qəzeti Twitterdə yazıb:"Məclis rəsmilərinin verdiyi məlumata görə, #Atatürk tablosu ən gec sabah yerində asılacaq".
Bundan əvvəl parlamentin müxalifət kulisində Atatürkün marşal forması geyindiyi portreti yerindən götürülüb, Sözçü qəzeti yazır.
Həmin vaxt TBMM sədri İsmail Kahraman mediaya bildirib ki, həmin portreti sabiq

Azərbaycan prezidenti Heydər Əliyevin sabiq Məclis sədri Hüsamettin Cindoruk-a hədiyyə verib.
Cənab Kahraman əlavə edib ki, həmin xalça portret də daxil olmaqla, Məclis sədrinə gələn hədiyyərlə müxalifət kulisinin girişində qurulacaq muzeydə divara asılacaq, CNN Türk 28 sentyabrda yazıb.

Rəssam Yaşar Çallı isə deyib ki, əgər tablo yerinə asılmasa, onu geri istəyəcək:
"Sual verirəm, hansı zehniyyət bu rəsmi götürüb?", o deyib.

"Məclisdə rəssam kimi çalışırdım. Refahyol iqtidarı zamanı idi. Məndən Məclis yeməkxanasına uyğun bir tablo istədilər. Mən də Atatürkün bir fotosundan təsirlənib bu tablonu çəkdim".

O fotonun tarixcəsini danışır: "Orijinal fotoda da rakı stəkanı var idi. Mən onu Dolmabahçe sahilinə uyğunlaşdırdım və masaya meyvə qoydum. Fona Topkapı sarayını çəkdim. Həmin vaxt Məclis administratorları mənə "Rakı stəkanını yox saymaq olmaz?" sualını verdilər. "Atatürkün rakısını yox hesab etməyə kimin həddi çatar?" deyərək qəbul etmədim."

Onun sözlərinə görə, Bülent Arınç-ın Məclis sədri olduğu zaman da tablonu götürməyə çalışıblar, amma o icazə verməyib.