Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb.