31 yaşlı avstraliyalı Monik Penberti toyu ərəfəsində komada olduğu üçün gəlinlik libasını hazırlaya bilməyib.

Unikal.org xəbər verir ki,165 kiloqram çəkisi olan Monik köklükdən əziyyət çəkir. Gəlinliyini hazırlamağa vaxtı olmayan qadın toyuna çılpaq getməyə qərar verib.

M.Penbertinin sevgilisi də çılpaq olmağa razı olub. Gəlin mərasimdə, sadəcə, duvaqla iştirak edib. Eləcə də qonaqların bəziləri geyimdən imtina ediblər.