Yer kürəsi fırlanmır və planetin fırlandığını deyənlər yalan danışırlar.

Unikal.org milli.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən və illahiyyatçılarından olan şeyx Bəndər əl Xeybəri Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) universitetlərdən birinin tələbələri ilə görüşündə belə deyib.

Şeyx əl Xeybəri deyib: "Təsəvvür edin ki, təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən Çinə uçursunuz. Yer fırılansaydı, təyyarə səmaya qalxandan sonra bir yerdə tərpənməz durardı və Çin özü təyyarəyə tərəf gələrdi. Yox, əgər Yer əks istiqamətə fırlansaydı, onda təyyarə Çinə heç vaxt çatmazdı".