"Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad olunmasınadək "Fərar qalxanı" çərçivəsində hərbi əməliyyatları davam etdirəcək".

Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi regionun İŞİD terrorçularından təmizlənməsidir: "Bu region qaçqınların öz evlərinə qayıtması üçün təhlükəsiz olmalıdır".