"O səs Türkiyə"nin dünənki buraxılışına Krım tatarı olan Sevil Məmmədova damğasını vurub.

Unikal.org-un məlumatına görə, Anastasianın repertuarından olan "I'm Outta Love" mahnısı ilə bütün münsifləri özünə döndürən Sevil eyni mahnını Hadisə ilə də oxuyub.

19 dildə mahnı oxumağı bilən Krım türkü məşhur "Doktur" mahnısını da səsləndirib. Münsifləri çempionluğa namizəd kimi gördükləri Sevil sonda Hadisəni seçib.