Dünən "O səs Türkiyə"də maraqlı anlar yaşanıb.

Unikal.org-un məlumatına görə, münsiflər heyətindən heç kimi döndərə bilməyən Dəniz Savtekin adlı iştirakçı artıq ikinci dəfə bu səhnədə məyus olduğunu deyərək ağlayıb. Ən böyük arzusuna çatmaq üçün "O səs Türkiyə"yə gələn qıza Murad Bozdan gözlənilməz təklif gəlib. O, Dənizi konsertinə dəvət edərək onunla səhnədə mahnı oxuyacağını, səsini bəyənərsə, onu vokalçı kimi işə götürəcəyini deyib.