ABŞ-ın Kaliforniya ştatında ağır yol qəzası baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Palm-Sprinqs şəhəri yaxınlığında qeydə alınıb.

Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.