Rusiyanın Ryazan şəhərində 10 mərtəbəli binada qaz sızması nəticəsində güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, partlayış nəticəsində 3 sakin həlak olub, 15-i müxtəlif xəsarətlər alıb. Binanın 9-cü mərtəbəsində partlayışın meydana gəldiyi bildirilib.

İlkin baxış zamanı 14 mənzilin tamamilə dağıldığı müəyyən edilib. Dağıntılar altında 200 nəfərin qaldığı ehtimal olunur.

Olayla bağlı araşdırmalara başlanılıb.