Alimlər pomidorun soyuducuda saxlanmamasının vacibliyini açıqlayıblar.


Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, alimlər pomidorla bağlı maraqlı açıqlamalar verib. Onlar bildirib ki, 12 dərəcədən soyuq atmosfer tərəvəzləri təzə saxlasa da, onların dadını dəyişir.

ABŞ-ın Florensiya Universitetinin araşadırmaçıları isə marketlərdə satılan pomidorların dadsız olma səbəbinə belə aydınlıq gətiriblər: Onları günlərlə soyuducularda saxlayıb satışa çıxarmazdan iki-üç gün əvvəl otaq tepraturuna buraxırlar.

Bundan başqa pomidorların zamanında yetişməsini gözləmədən yığıldığına diqqət çəkən alimlər, tərəvəzlərə xüsusi qaz vurulduğunu da açıqlayıblar.