Ayaz Mütəllibov - Azərbaycanın sabiq prezidenti
Ayaz Mütəllibov - Azərbaycanın sabiq prezidenti
Ayaz Mütəllibovun istefası

1992-ci il, mart. Azərbaycan Ali sovetində telereportyor Çingiz Mustafayevin Xocalıda lentə aldıqlarının zalda göstərilməsinə dair səs vermə.

Səsvermənin nəticəsinə görə, kadrlar zalda nümayiş olunub. Zalda əyləşən deputatlar görüntüləri izlədikdən sonra Ayaz Mütəllibovu istefaya səsləyiblər. 

Ali Soveti əhatə edən insanlar da Ayaz Mütəllibova istefa tələbi ilə kütləvi etiraz aksiyası keçiriblər.

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 

Həmin soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.